Türkiyə Prezidenti: "Qarabağ zəfərini həzm edə bilmirlər"

23.12.2020 10:38 469 baxış sayı 2 dəq. oxuma
Türkiyə Prezidenti: "Qarabağ zəfərini həzm edə bilmirlər"
"Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər. Bu düşüncəyə sahib insanların rəhbərliyə altında olanda əlinə düşən bütün fürsətləri qaçıran Türkiyə, inşallah, bir daha eyni vəziyyətə düşməyəcək”.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
"Ölkəmizin nə Şərqdən, nə də Qərbdən üzdöndərmək niyyəti yoxdur. Avropa və ABŞ ilə münasibətlərimizi inkişaf etdirərkən türk dünyasını, Asiyanı, Latın Amerikasını, Afrikanı əsla gözardı edə bilmərik”, - o vurğulayıb.
 
Qeyd edək ki, Boraltan hadisəsi 1944-cü ildə baş verib. Rəsmi Ankara 100-dən çox azərbaycanlını SSRİ-yə təslim edib. Nəticədə onlar kommunist rejimi tərəfindən yerindəcə güllələnib.
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: