“Türkiyə Prezidenti təhlükəsizlik tədbirlərinin möhkəmlənməsində mühüm rol oynayır”
“Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim”.
Bu sözləri Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.
“Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar.
Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar”, - deyə dövlət başçısı əlavə edib.
Oxşar xəbərlər
SON DƏQİQƏ!Prezident İlham Əliyevin sədrliyi ilə
Son Xeberler
Ərdoğan və Ruhani qarşılıqlı əməkdaşlığı müzakirə...
Son Xeberler
Trampın müşaviri istefa verdi
Son Xeberler
“Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”
Son Xeberler
Paşinyan ölkənin təhlükəsizliyinə cavabdeh şəxsi i...
Son Xeberler
Prezident bu şəxsə general rütbəsi verdi –
Son Xeberler