Türkiyə rəsmilərindən Azərbaycana qələbə təbriki
"Qarabağ artıq azaddır! Qarabağ Azərbaycandır! Türkiyə bundan sonra da həm hərb meydanında, həm də danışıqlar masasında Azərbaycanın yanında olacaq".
Bu fikirləri Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın rəsmi “Twitter” hesabında bildirib.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül isə qələbə paylaşımında bu fikirləri ifadə edib: “Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Zəfərin mübarək olsun can Azərbaycan!”.
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum da ölkəmizə təbrik göndərənlər sırasındadır. O, “Twitter” hesabında yazıb: “Ata-baba yurdunu yenidən azadlığa qovuşduran can Azərbaycanın zəfəri mübarək olsun, şəhidlərimizin ruhları şad olsun. Nə xoşbəxtdir ürəyi qardaşları ilə birgə döyünən əziz millətimiz”.
Oxşar xəbərlər
Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri...
Son Xeberler
Ərdoğan sabah Bakıya gəlir
Son Xeberler
Ərdoğan Qələbə paradında iştirak edəcək
Son Xeberler
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Son Xeberler
Hulusi Akar Azərbaycana səfər etdi
Son Xeberler
Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstə...
Son Xeberler