Türkiyədə 1002 nəfər koronavirusdan sağaldı - 22 xəstə öldü

17.08.2020 19:23 566 baxış sayı 1 dəq. oxuma
Türkiyədə 1002 nəfər koronavirusdan sağaldı -

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 22 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 74 846 şübhəli koronavirus testindən keçib, onlardan 1233-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 686 nəfər olub, 1002 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 250 542 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5996 nəfər ölüb, 231 971 nəfər isə müalicə olunaraq sağalıb.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: