Türkiyəyə getmək istəyənlər üçün YENİ QAYDA

30.12.2020 08:33 525 baxış sayı 2 dəq. oxuma
Türkiyəyə getmək istəyənlər üçün

Türkiyəyə xaricdən gələnlər üçün koronavirusa qarşı tədbirlər çərçivəsində yeni qayda tətbiq olunub.

Bu gündən başqa ölkələrdən Türkiyəyə gedənlər uçuş saatından 72 saat əvvəl verilmiş neqativ PCR testi təqdim etməlidirlər.

Qeyd olunur ki, çap və ya rəqəmsal formada neqativ PCR testi nəticəsi təqdim etməyən sərnişinlər uçuşa buraxılmayacaqlar.

Altı yaşınadək sərnişinlər üçün test nəticəsini təqdim etmək məcburiyyəti yoxdur.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: