Son Xeberler
7 abunə
ÜST Azərbaycana tibbi maskalar göndərib
17.12.2020 13:18
331 baxış sayı
2 dəq. oxuma
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təmənnasız təqdim etdiyi tibbi maskalar əsasən ölkəmizin tibb müəssisələrinə veriləcək”.
Bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib.
Onun sözlərinə görə, tibb işçilərinin pandemiya dövründə qorunmaları vacibdir: "Bütün dünyada olduğu kimi Azərbaycanda da tibb işçilərimizin infeksiyaya yoluxmamasına böyük önəm verilir. Belə tədbirlərin olması çox sevindirici haldır və dəstəkləyicidir. Bizim tibb müəssisələrimiz bu təqdim olunan maskalarla təmin olunacaqlar”.
TƏBİB rəsmisi qeyd edib ki, hazırda ən çox müzakirə olunan məsələlərdən biri də vaksinlərdi: "Verilən suallardan biri də odur ki, hər birimizin ümid etdiyimiz peyvənd olunduqdan sonra maskaya ehtiyac olub-olmamasıdır. Əfsus ki, bütün təşkilatların peyvənd almağa namizəd ölkələrə bildirdikləri kimi də hələ bir müddət maskalardan istifadə etmək məcburiyyətində qalacağıq. Bir müddət yenə də infeksiyaya yoluxmamaq üçün özümüzü qorumalıyıq. Bizim qızıl qaydalar dediyimiz: hər kəsin qoruyucu maskalardan düzgün istifadə etməsi, əl gigiyenasını və sosial məsafəni gözləmək lazımdır. Bu qaydaları unutmaq olmaz”.
Oxşar xəbərlər
İki maska taxanlara XƏBƏRDARLIQ
Son Xeberler
624
30/01 18:48
Ətrafa atılan maskalar: Ən böyük təhlükə mənbəyi -...
Son Xeberler
408
10/08 16:47
Prezident xanımı ilə yeni təcili yardım maşınların...
Son Xeberler
441
22/09 12:17
Parça maskalar gigiyenik deyil -
Son Xeberler
339
15/12 07:44
Bu materialdan olan geyimlər koronavirusdan qoruyu...
Son Xeberler
361
17/08 07:24
BƏƏ Azərbaycana humanitar yardım göndərdi
Son Xeberler
482
21/06 14:42