ÜST-dən koronavirusla bağlı BƏDBİN PROQNOZ: “2021-ci ildən tez peyvənd olmayacaq”

24.07.2020 12:22 996 baxış sayı 2 dəq. oxuma
ÜST-dən koronavirusla bağlı BƏDBİN PROQNOZ:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.
 
Bu barədə "Hürriyet” məlumat yayıb.
 
ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.
 
"Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, - deyə, Mayk Rayan bildirib.
Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: