🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ÜST-dən VACİB AÇIQLAMA - Karantin sərtləşdirilə bilər

01.09.2020 11:24 742 baxış sayı 2 dəq. oxuma
ÜST-dən VACİB AÇIQLAMA -

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrədə keçirilən növbəti brifinqdə çıxış edib.

 Bu dəfə pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasından danışan Qebreyesus karantin qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha dünya ictimaiyyətinə çatdırıb:

“ÜST iqtisadiyyatla bağlı sahələri və cəmiyyətləri yenidən açmaq üçün göstərilən səyləri tamamilə dəstəkləyir. Biz pandemiya dövründə məktəblərin və iş yerlərinin açılmasını dəstəkləyirik, lakin karantin qaydalarına ciddi əməl etməyi unutmamalıyıq.

Eyni zamanda, heç bir ölkə pandemiyanın bitdiyini deyə bilməz. Bu koronavirusun asanlıqla yayıldığını unutmamalıyıq, bu hər yaşdan olan insan üçün ölümcüldür, buna həssas yanaşmalıyıq.”

ÜST rəhbəri qeyd edib ki, sanitar-gigiyenik qaydalara nə qədər ciddi yanaşılsa, bir o qədər digər məhdudiyyətlərin aradan qaldırılması tez baş tutar. Qebreyesus əlavə edib ki, karantin qaydalarına əməl etməmək məhdudiyyətərin yenidən ağırlaşmasına səbəb ola bilər.

Etiketlər

Paylaş: