ÜST-ün Azərbaycandakı nümayəndəsinin fotoları tənqid olundu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub.
Xanım Harmancı sərt karantin günlərində Quba və Qusar meşələrində istirahət zamanı çəkdirdiyi fotoları İnstaqramda paylaşıb. Onun bu paylaşımı ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycanda insanları evdə qalmağa səsləyən ÜST-ün nümayəndəsinin sərt karantin günlərində "narıncı" zonadan (Bakı) "sarı" zonaya getməsi karantin qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Harmancı fotonu nə vaxt çəkdiyini açıqlamayıb və hələ ümumiyyətlə tənqidlərə münasibət bildirməyib.
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Həmin müddət ərzində qeyd olunan şəhər və rayonların ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan şəhər və rayonlarda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Oxşar xəbərlər
Azərbaycanlı aktrisa bu fotolarına görə TƏNQİD EDİ...
Şou Xəbər
Azərbaycanlılara hörmətsizlik edən Nüsrət BELƏ TƏN...
Son Xeberler
"Azərenerji" Rəhbərinə Cidd-Cəhdlə Tənqid Edildi
Son Xeberler
Azərbaycanlı aparıcının ərinin qucağındakı fotosu...
Şou Xəbər
Trabzonda Öcalan və Netanyahu Manikeninin İdamı
Son Xeberler
“Şəhidlərimizin 40-ı çıxmayıb...” -
Son Xeberler