Vaksinlər qarışdırılaraq vurulacaq

05.02.2021 11:58 405 baxış sayı 1 dəq. oxuma
Vaksinlər qarışdırılaraq vurulacaq

Böyük Britaniyalı alimlər mutasiyaya uğrayan koronavirusun dünyada 4 min növü olduğunu bildiriblər.

Bu səbəblə peyvəndlərin virusa təsirini daha da artırmaq üçün fərqli firmalar tərəfindən istehsal edilən vaksinlərin qarışdırılaraq vurulması qənaətinə gəlinib.

İlk növbədə "Pfizer-Biontech" və "Oxford-AstraZeneca" peyvəndlərinin qarışdırılacağı bildirilib. Bu vaksinlərin vurulduğu 4-12 həftə ərzində orqanizmə necə təsir etdiyi müəyyənləşdiriləcək.

Mütəxəssislərin sözlərinə görə, qatılan peyvəndlər Afrikada geniş vüsət alan "Ebola" virusuna qarşı da istifadə edilə bilər.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: