"WhatsApp" istifadəçiləri üçün YENİ XƏBƏR

24.07.2020 06:40 790 baxış sayı 2 dəq. oxuma
"WhatsApp" istifadəçiləri üçün YENİ XƏBƏR

"WhatsApp" sosial şəbəkəsi tezliklə istifadəçilərə bir hesabı eyni anda dörd cihazda istifadə etməyə imkan verəcək funksiya işə salacaq.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Tətbiq interfeysində yeni bir "Linked Devices" ("Bağlı Cihazlar") adlı element görünəcək. Profilə digər smartfon və ya kompüterlər qoşula biləcək.

Ümumilikdə eyni "WhatsApp" hesabı dörd cihazda istifadə oluna biləcək.

Qeyd edək ki, tərtibatçılar axtarış funksiyasını da təkmilləşdirirlər. Bir mesaj axtardığınız zaman onun növünü (fotoşəkillər, videolar, bağlantılar, GIF-lər, audio və sənədlər) süzgəcdən keçirə biləcəksiniz. Hər iki funksiya hazırda inkişaf mərhələsindədir.

REKLA
E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: