Xankəndi hava limanına kim nəzarət edəcək? - "Ağlasığmaz nəticələri olacaq..."
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın daha altı hava limanının, o cümlədən, Xankəndi aeroportunun beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsi təsdiqlənib.
Bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bu, Xocalı aeroportudur.
"Çox düşündürücü və hələlik anlaşılmaz bir məlumatdır. Xankəndi hava limanı kimin nəzarətində olacaq? Burada viza məsələlərinə, giriş-çıxışa, gömrük rəsmiləşdirmələrinə kim nəzarət edəcək? Qarabağda separatçılıq yeni başlayanda, 1990-cı ilin əvvəllərində də bu hava limanına nəzarət üstündə xeyli mübarizə getmişdi.
Bir müddət bu aeroport rusların nəzarətində olmuşdu və ermənilər təyyarələrlə xeyli silah gətirə bilmişdilər. Bu səbəbdən də o zaman nəzarət bir müddət OMON-a verilmişdi. Bəs, indi necə olacaq? Xankəndi-İrəvan, Xankəndi-Moskva, Xankəndi-Paris və s. beynəlxlaq reyslər açılacaqmı?
Əgər hava limanına yalnız rusiyalı sülhməramlılar nəzarət edəcəksə, yalnız separatçıalrın istifadəsində beynəlxalq uçuşlar olacaqsa, düşünürəm ki, bu, ağlasığmaz nəticələrə gətirib çıxaracaq".
Oxşar xəbərlər
Bakıda ilk
Xəbər Anı
Xankəndinə göndərilən humanitar yük Gəncədən yola...
Son Xeberler
“Xankəndi sakinləri öz evlərinə dönəcəklər!” -
Son Xeberler
Xankəndi Rayonuna Yeni Rəhbər Təyin Edilib
Bugun.az
Haytidə Yolçu Təyyarəsinə Atəş Açıldı
Son Xeberler
Bağdad Hava Limanına Raket Hücumu
Son Xeberler