
XİN atəşkəsə nəzarətlə bağlı məlumat yaydı

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik. Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”, - deyə qeyd olunub.
Oxşar xəbərlər

Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı...
Son Xeberler

Almaniya XİN Qarabağla bağlı bəyanat yaydı
Son Xeberler

Sülhməramlı missiyada helikopterlərdən də istifadə...
Son Xeberler

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi...
Son Xeberler

Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum...
Son Xeberler

Rusiya MN Ağdamdakı mərkəzdən görüntülər yaydı -
Son Xeberler