Xızıda S-300 raketinin qalıqları aşkar edildi

18.10.2020 13:34 476 baxış sayı 1 dəq. oxuma
Xızıda S-300 raketinin qalıqları aşkar edildi

Bu gün saat 13:00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşməsi barədə məlumat daxil olub. Sitalçay ərazisində S-300 raketinin qalıqları aşkarlanıb.

Bunu Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib. Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir.

Qeyd edək ki, Ermənistanın atdığı raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: