Xocavənddə şəhid olan Samirin ailəsi üçün yeni ev tikiləcək
Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Alışov Samir Cəlil oğlunun ailəsinin (Hacıqabul rayonu, Qubalıbaloğlan kəndi) çətin maddi durumu, ağır yaşayış şəraiti ilə bağlı sosial şəbəkə istifadəçilərindən birinin qeyd etdiyi məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin ailəsi ilə görüşüb, vəziyyətləri ilə yerindəcə tanış olublar.
Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.
O bildirib ki, möhtəşəm qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanımızın ailəsinin yaşayış şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə həmin ailə üçün yaxın günlərdə üçotaqlı fərdi yaşayış evinin tikilməsinə qərar verilib.
"Şəhidin hər iki valideyni - atası Alışov Cəlil Əliisgəndər oğlu, anası Alışova Məhluqə Tufanəli qızı işsiz olduğundan özünüməşğulluq proqramına cəlb ediliblər. Proqram çərçivəsində ailəyə seçdiyi kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat yaradılacaq.
Həmçinin, şəhidin 14 və 11 yaşlarında iki qardaşından birinin sağlamlıq durumu ilə bağlı sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsinə ehtiyac var. Lakin valideynlərin məlumatsızlığından bununla bağlı indiyədək müraciət etməyiblər. Ona görə də əməkdaşlarımız ailəyə bu istiqamətdə də dəstək göstərəcək. Həkim rəyi alınmaqla rayon səhiyyə müəssisəsi ilə birgə bu yöndə iş aparılacaq.
Zəruri sənədləşdirmə aparıldıqdan sonra ailəyə Prezidentin aylıq təqaüdü və müavinətlər də təyin olunacaq", - deyə Fazil Talıbov qeyd edib.
Etiketlər
Oxşar xəbərlər
Şəhid Bəhrəm və İman qardaşlarının ailəsi ilə SON...
Son Xeberler
Xocavənddə şəhid olan Elmir 2 gün əvvəl təltif edi...
Son Xeberler
İtkin düşən zabitimizin şəhid xəbəri gəldi
Son Xeberler
Ramiz Rövşənin şəhid ailəsinə ev hədiyyə etmə xəbə...
Son Xeberler
Salyanda 33 şəhid ailəsi və müharibə əlilinə mənzi...
Son Xeberler
Şəhid mayorun ailəsi danışdı:
Son Xeberler