🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Yaralananlardan 8-i uşaq, 15-i qadındır - RƏSMİ

28.10.2020 17:26 459 baxış sayı 7 dəq. oxuma
Yaralananlardan 8-i uşaq, 15-i qadındır -

"27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir".

Bu barədə Baş Prokurorluğun yaydığı bəynatda bildirilir.

Bəyanatda qeyd olunur:

"Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdə şəhərində həlak olmuş şəxslərin siyahısı:

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

 

 
Paylaş: