Son Xeberler
Son Xeberler

27.08.2020 08:55

6 abunə

331

Yeni qaz xətləri quraşdırılır - FOTOLAR

Yeni qaz xətləri quraşdırılır -

2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hazırlanmış tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması işləri davam etdirilir.

Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması və istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2020-ci ilin yanvar-iyul ayı ərzində 328,9 km qaz kəmərləri əsaslı təmir edilib.

Bundan əlavə Bakı və regional qaz təsərrüfatı strukturlarının tərtib etdiyi proqram əsasında da işlər görülüb.

Belə ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28.37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib, 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 2020-ci ilin yanvar - 14 avqust dövrü ərzində “Azəriqaz” İB üzrə kipliyə yoxlanılması nəzərdə tutulmuş 1125 ədəd qaz kəmərindən 715 kəmər (63%) kipliyə yoxlanılıb, aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.

Birliyin Texniki istimar şöbəsinin hesabatında göstərilir ki, dayaqlar üzərinə qaldırılması nəzərdə tutulan ümumi uzunluğu 258 361 metr olan qaz borularından 96 302 metri (37.2 %) dayaqlar üzərinə qaldırılıb. Rənglənməsi nəzərdə tutulan ümumi uzunluğu 337 228 metr qaz borularının 103 315 metri (30.6 %) artıq rənglənib.

 
 

Etiketlər: