Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub

19.02.2021 11:43 530 baxış sayı 1 dəq. oxuma
Yerevanda qəbirləri qarət etməkdə şübhəli bilinənlər tutulub

Yerevanda “Nubaraşen” qəbiristanlığındakı qəbirləri qarət etməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən tutulub.

Şübhəlilər - 51 yaşlı Pvsep Ovanisyan və 63 yaşlı Sarqis Xaçatryan polis şöbəsinə aparılıb.

Bildirilib ki, onlar 30-dan çox ailə türbəsini təhqir etməkdə şübhəli bilinirlər. Qəbiristanlıqdan düralüminium və başqa qəbirüstü bəzək əşyaları qarət olunub.

Faktla bağlı araşdırmalar aparılır.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: