
Son Xeberler
9 abunə
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
27.11.2020 09:45
576 baxış sayı
3 dəq. oxuma

Bakı şəhər Dövlət Yol Polisi sürücülərə texniki baxışla bağlı müraciət edib.
Texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumatı almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirməlidirlər.
Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.
Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Bakı şəhər DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar. Barəsində inzibati protocol tərtib edilmiş sürücü 20 gün müddətində texniki baxışdan keçməzsə, yenidən inzibati qaydada nəsuliyyətə cəlb olunacaq.
Qeyd edək ki, texniki baxış şöbələri həftənin şənbə və bazar günləri də fəaliyyət göstərir.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sürücülərə XƏBƏRDARLIQ:
Son Xeberler
751
26/09 10:53

Yol polisindən sürücülərə
Son Xeberler
552
03/09 15:47

Bakıda yağış sürücülərə çətinlik yaratdı -
Son Xeberler
611
16/11 08:34

Azərbaycandan erməni əsgər və könüllülərə -
Son Xeberler
569
24/10 13:51

Daha bir ölkədə şiddətli zəlzələ - XƏBƏRDARLIQ OLU...
Son Xeberler
516
13/02 15:42

BNA sürücülərə müraciət etdi
Son Xeberler
591
28/10 14:14