
Zəngilanda məskunlaşdırılmış suriyalı ermənilərin sənədləri ələ keçirilib

Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.
Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.
Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. .
Həmçinin 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.
Qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ ke...
Son Xeberler

Qarabağda suriyalı muzdluların döyüşməsinin daha b...
Son Xeberler

1,4 milyondan çox suriyalı evlərinə qayıtdı
Bugun.az

Sankt-Peterburqda Azərbaycana dəstək aksiyası keçi...
Son Xeberler

Xarici diplomat Zəngilanda namaz qıldı -
Son Xeberler

ŞƏHİD hesab olunan əsgərimiz SAĞ ÇIXDI -
Son Xeberler


