🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"3 ay efirə çıxan qızın 10 sponsoru var" - Nisə Qasımova

11.06.2020 10:03 444 baxış sayı 3 dəq. oxuma
"3 ay efirə çıxan qızın 10 sponsoru var" - Nisə Qasımova

Xalq artisti Nisə Qasımova açıqlaması ilə müzakirələrə səbəb olub.

Müğənni "Bakı vaxtı ilə" proqramında qonaq olarkən illər əvvəl yaşadıqlarından söz açıb. O bildirib ki, sənətdə onun yolunu çox kəsiblər:


"Səhnəyə ilk gələndə Bakı bir-birinə dəydi: sarışın qız muğam, təsnif oxuyur. Psixoloji çaxnaşma var idi. Biri dedi, anası ukrayınlıdır, biri dedi almandır. Göylərdə uçan vaxt məni məhv etdilər. O qədər vurdular ki, məni... Utanıram ki, bu yaşda uşaq kimiyəm. Böyümədim... (kövrəlir) Dekabrda dedim ki, mən də küçəyə çıxmaq, insan içində gəzmək istəyirəm. "Tarqovu" deyilən yerdə ürəklə gəzdim".


Qasımova hazırda iş adamlarının gənc ifaçılara daha çox sponsorluq etməyə can atdıqlarını söyləyib:


"Hər şeyi gizlətməkdən bezdim. Bir məmurla söhbət edirsən ki, verəcəyin konsertin sponsoru olsun, amma başlayır bəhanələr gətirir. Ancaq 3-4 ay efirə çıxan müğənni konsert verir və ona nə qədər sponsor gəlir. Bir gün efirdə anons gedir 10 sponsoru çıxır. ya bunların prodüserləri güclüdür, ya da onlar məndən ağıllıdırlar. Mənim kimi təxrübəli müğənnilər kənarda qalıb. Konsertin texniki tərəflərini həll etmək üçün ən azından sponsora ehtiyacım var".


Verilişin aparıcısı, müğənni Roza Zərgərlinin "47 ildə Nisə Qasımova səhnədə xoşbəxt idi" sualına müğənni belə cavab verib:


"Heç bir insana xoşbəxtlik doğulandan sona kimi verilmir. Xoşbəxt anlar və məqamlar olur. Verdiyim konsertlərin heç birindən evə xoşbəxt qayıtmamışam. Çoxlu güllər, hədiyələrlə qayıtmışam. İçimdə xalqdan qalan bir yalan oldu. Biri var insan özü yalançıdır, biri var onu vadar edirlər: xoşbəxtəm, Azərbaycan qızıyam. Bu Azərbaycan qızının içində qara qanlar axır. Ona toxunsan, heç bilmirəm, nələr ola bilər. Aldanmışam...".

Paylaş: