30 yaşında qoşulub qaçan əməkdar artist: "Aldadıb maşına mindirdi" -VİDEO
ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı əməkdar artist Sevinc Sarıyeva olub.
Əməkdar artist həyat yoldaşının ona göstərdiyi dəstəyindən danışıb:
"Həyat yoldaşım hər zaman mənə dəstək olub. Mən səhnədə çıxış edərkən o zalda olanda özümü daha güvəndə hiss edirəm. O olmayanda ürəklə oxumuram. Həm də bir çox işlər var ki, hamısını yoluna qoyur".
Sənətçi həmçinin qoşulub qaçdığı üçün ailəsinin onunla illərlə küsülü olduğunu da etiraf edib:
"30 yaşında ailə qurmuşam. Yoldaşım məndən 11 il böyükdür. 10 ildən çox yaxın dost olmuşuq. Qoşulub qaçdığım üçün 8 il ailəm mənimlə barışmadı. Anam inadkar qadındır. Rayonda İcra Hakimiyyəti belə anama elçi düşdü ki, Sevinclə barış. Məni aldadıb maşına mindirdi. Dedi, gedək yaxında məscid var ora dəyək. Əgər elçi gəlsəydi, ailəm razı olmasa qaçmazdım. Qaçırdandan sonra nə etməliydim?"
Oxşar xəbərlər
Əməkdar artist vəfat etdi
Son Xeberler
Əməkdar artist Xumar Qədimovaya
Şou Xəbər
İnsanları tanımayan əməkdar artistin SON PAYLAŞIMI...
Şou Xəbər
Əməkdar artist vəfat etdi -
Son Xeberler
Cangüdəni ilə eşq yaşayan Azərbaycanın Əməkdar art...
Şou Xəbər
Elza Seyidcahan canlı efirə qeyri-adi imicdə çıxdı...
Şou Xəbər