Azərbaycanlı məhşur müğənni Covid19-a yoluxub SON DƏQİQƏ

20.07.2020 07:35 777 baxış sayı 2 dəq. oxuma
Azərbaycanlı məhşur müğənni Covid19-a yoluxub
Müğənni Roza Zərgərli koronavirus infeksiyasına yoluxub.
 
Sənətçi bir aydan çoxdur evində müalicə alır. O bildirib ki, hazırda səhhəti yaxşıdır:
 
"Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətləri hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə şüşə göründü. Evə qayıdıb, özümü müalicə etdim.
 
Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı isə odur ki, bütün ailə üzvlərimiz bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə.
 
İndi yaxşıyam, dadbilməm də yerinə gəlib".
 
F
Ədəbiyyat müxbiri

Ədəbiyyat və nəşriyyat sənayesi üzrə yazıram. Kitab fuarları və yeni çıxan əsərlər mənim əsas mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: