
Azərbaycanlı musiqiçinin vəziyyəti ağırlaşıb

Nağaraçı Zöhrab Məmmədovun səhhətində ciddi problem yaranıb.
73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Nağaraçının yaxınları bununla bağlı "Facebook"da yardım kampaniyasına başlayıblar. Onlar musiqiçinin bir həftə vaxtı qaldığını vurğulayıblar.
"Mümkün qədər paylaşın. Bir həftəmiz var. Bir insanın həyatını xilas edək. Məşhur azərbaycanlı nağaraçı Zöhrab Məmmədovun təcili köməyə ehtiyacı var. O, 73 yaşındadır. Bir həftə əvvəl yemək yeməyi dayandırıb, ancaq su istəyir. Ayaqları tutulub, çox kəskin arıqlayıb, taqətsizləşib, çətinliklə danışır" deyə, paylaşımda qeyd edilib.
Şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır.
Z.Məmmədova təcili cərrahiyyə əməliyyatı, ardınca da müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri insanları lazımi məbləği - 3000 manatı toplamağa kömək etməyə çağırır.
Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda məşhur musiqiçi ölüm ayağındadır
Şou Xəbər

Azərbaycanlı musiqiçi vəfat etdi -
Son Xeberler

Koronavirusa yoluxan Bəhramın vəziyyəti ağırlaşdı
Şou Xəbər

Elif Şafakın kitabları Azərbaycanda boykot edildi
Son Xeberler

Azərbaycanlı aktyorun evində partlayış -
Son Xeberler

Azərbaycanda tanınmış musiqiçi 51 YAŞINDA vəfat et...
Son Xeberler



