"Bizə qarşı təxribatdır" - Aybəniz Haşımova qızının fotosundan danışdı
Əməkdar artist Aybəniz Haşımova bloqqer qızı Aynişan Quliyevanın erməni musiqiçi Narek Makaryanla yayılan fotolarına münasibət bildirib.
Müğənni həmin paylaşımların ona qarşı təxribat olduğunu bildirib. Haşımova qeyd edib ki, şəkil xaricdə festivallardan birində lentə alınıb və erməni müğənni qəfildən qəfildən kadra özünü salıb:
"Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə, müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır. Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir. Bu 10 ildir davam edir. Lakin XX əsrin əvvəllərində doğma dədələri ermənilər tərəfindən soyqrıma məruz qalmış, daha sonra həyat yoldaşı Vətən uğrunda şəhid olan Aybəniz Haşımova susa bilməz. Aybəniz Haşımova bacardığı hər formada erməniləri ifşa etməyə çalışır. Dünyanın müxtəlif ölkələrində öz imkanları hesabına Xocalı soyqırımını tanıtma tədbirlərinə, erməniləri ifşa aksiyalarına qatılır. Çıxış edir, musiqinin dili ilə erməni vəhşiliklərini, Qarabağda yaşanan dəhşətləri anlatmağa çalışır.
Bildirmək istəyirəm ki, bu foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib. Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır...
Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında olub. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb.
Bu məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır. Həyat yoldaşı, qızının atası bu torpaqlar uğrunda şəhid olan bir ailəyə qarşı belə ittihamlar irəli sürmək insanlıq deyil".
Oxşar xəbərlər
Naxçıvanın Babək Rayonuna Atəş Açıldı
Son Xeberler
Makronun İslam dini ilə bağlı çıxışına Ərdoğandan...
Son Xeberler
“Mən o liderlərdən deyiləm ki, söz qəbul edəm”
Son Xeberler
Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamam...
Son Xeberler
“Yaxınlarda olacaq açıqlamalar onları daha da sars...
Son Xeberler
İlham Əliyev: "Qətnamələriniz başınıza dəysin!"
Son Xeberler