“Dostlar, bütün dünyanı sarsıdan bu bəla bizim də ölkəmizi çətin vəziyyətə salıb. Hamımız stres içində yaxınlarımızı qorumağa çalışırıq. Hər gərgin hadisəni zarafatla sakitləşdirmək istəyən şəxslər adətən intelektual insanlardır”.
Bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb.
Məşhur müğənni oğlu Cahadın sosial şəbəkədə “Fairmont Baku” hotelində yaxalananlarla bağlı statusunun tənqid edilməsinə reaksiya verib:
“Sözbazlıq edib, kiminsə fikrini təhrif edən bəzi insanlara təəccüb edirəm. Cahad “Fairmont Baku” hotelində bir neçə vətəndaşın etdiyi səhvi zarafatyana, istehza ilə şərhləndirib, paylaşıb. Buna görə Cahadın sözləri müəyyən insanlar tərəfindən təhrif edilib yerləşdirilib. Fəxr edirəm ki, oğlum yıxılana təpik vurmaq vərdişindən uzaqdır.
Cahad aztəminatlı ailələrdən olan şagirdlərin pul xərcləmədən inistituta hazırlaşması üçün öz maddi gücünə hazırladığı layihə çoxlarını qıcıqlandırıb. Övladım haqqında yanlış fikir formalaşdırmaq istəyirlər. Qanun var, o insanlarla vəkil məhkəmədə danışacaq”.