Emin Ağalarov Nəcməddin Sadıqovun qızından ayrıldı

10.02.2021 07:52 1,954 baxış sayı 2 dəq. oxuma
Emin Ağalarov Nəcməddin Sadıqovun qızından ayrıldı

Bir müddət öncə nişanlanan xalq artisti Emin Ağalarovun Azərbaycanın sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qızı Fatimədən ayrıldığı haqda məlumat yayılıb.

Cütlüyün 2020-ci ilin sentyabr ayında nişanlandıqları haqda məlumat yayılmışdı. Emin Ağalarov isə “Fatimə həqiqətənmi mövcuddur” sualına müsbət cavab vermişdi.

Buna baxmayaraq, Rusiyadakı mənbələrdən aldığımız məlumata görə, münasibətlər nikahla nəticələnməyib. İddiaya görə, cütlük Vətən müharibəsi vaxtı ayrılıb.

Qeyd edək ki, E.Ağalarov yayılan bu məlumatlarla bağlı hər hansı açıqlama verməyib.(Kult.az)

F
Ədəbiyyat müxbiri

Ədəbiyyat və nəşriyyat sənayesi üzrə yazıram. Kitab fuarları və yeni çıxan əsərlər mənim əsas mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: