🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nadir vəsiyyətindən danışdı: VİDEO

04.02.2021 15:43 496 baxış sayı 2 dəq. oxuma
Nadir vəsiyyətindən danışdı:

ARB TV-nin "Səhər-Səhər" verlişinin qonağı müğənni Nadir Qafarzadə olub.

İfaçı kövrələrək onu incidən zəif nöqtəsindən danışıb:

"Yaxınlarda qəbir üstünə getmişdim. Yaralı yerimdir. Məni incitmək istəyəndə burdan vura bilərlər. Hər kəsin ata-anası özü üçün yaxşıdır. Mənim üçün onlar tamam başqadır. Övlad da, bacı-qardaş da sağ olsun, amma ata-ana başqa şeydir. Bu yaxınlarda ağır xəstəlik keçirdim. Huşumu itirmişdim, ən çox anamı çağırırdım. O gecə yuxuma girdi. Tez-tez kəndə gedib bacıları başıma yığıb, yasin oxutdurub, məzarlarına gül qoyuruq. O vaxt 1982-ci ildə atam dünyasını dəyişəndə kasıb idik, anam tək qaldı. Ucuz baş daşı qoyduq. Bu yaxınlarda getdim məzarı dəyişdim. Baş daşını eyni, sinə daşını ayrı etdim. Çünki yanında oğlum da yatır. Vəsiyyət etdim ki, o məzarda məni basdırsınlar. Həm ata-anamın, həm də oğlumun yanında... 2 övladımı itirmişəm, biri qız, digəri oğlan. Oğlum kənddə, ata-anamın qəbrinin yanında, qızım isə buradakı qəbirstanlıqda basdırılıb".

Paylaş: