"Nəzakət mənə qarşı nankorluq etdi" Xalq artistindən sərt sözlər

22.06.2020 08:57 877 baxış sayı 2 dəq. oxuma
"Nəzakət mənə qarşı nankorluq etdi"

Xalq artisti Ceyran Haşımova mərhum müğənni Nəzakət Məmmədovanın ünvanına qalmaqallı sözlər deyib.

O, bu haqda "Səhər-səhər" verilişində danışıb. Haşımova bildirib ki, N.Məmmədova ona qarşı haqsızlıq edib:

"İndi də deyirəm ki, 4 il ona analıq etdim. Adi, sıradan, dünyagörüşü olmayan biri idi. Onu gözəlləşdirdim, səhnə mədəniyyəti öyrətdim. Nəzakət Nəzakət olandan, "Leyli və Məcnunda" Leyli oynayan vaxtdan pis iş gördü. Bir gün Nəzakət məşqə gəldi, dedim ki, get. Artıq sənlə işləmək istəmirəm.

Ona ana, dost, rəfiqədən ötəsi oldum. Hamı bilir necə kasıb olub. Hətta onun övladı mənim ansamblımda dünyaya gəldi. Nankorluq etdi. Onun uşağının adını mən Ceyhun qoydum".

K
Mədəniyyət redaktoru

Mədəniyyət və incəsənət haqqında yazıram. Teatr, kino, sərgilər - bunlar mənim dünyamdır. Bəzən yazmaqdan əvvəl tamaşaya gedirəm və bu həmişə ilham ve...

Bütün məqalələrə baxın
Paylaş: