Özgə Ulusoy ideal bədən quruluşunun sirrini açdı

11.06.2020 16:59 581 baxış sayı 2 dəq. oxuma
Özgə Ulusoy ideal bədən quruluşunun sirrini açdı

Sosial şəbəkəni aktiv istifadə edən türkiyəli model Özgə Ulusoy paylaşımı ilə diqqət çəkib.

Kalorisi yüksək olan qidalar qəbul edən modelin donut yeməsinə izləyicilərindən biri inanmayıb.


Hər gün 2-3 saat idman etdiyini bildirən Ö.Ulusoy həmin şəxsə cavab verib:


"Bir nəfər mənim yeməklə bağlı paylaşımlarıma inanmır. Hər dəfə bununla bağlı şərhlər yazır. Mən də bu səbəbdən cavab vermek istədim. Gündəlik 2-3 saat idman edirəm. Kardio həyatımın böyük bir hissəsidir. Bu qədər çox idman etməyimin səbəbi sərbəst şəkildə qidalanmaqdır. Dünən neçə ədəd donut yediyimlə maraqlanıb. 4-nü yemişəm, hətta mantı da yemişəm. Mən də normal insanam".

R
Mode və dizayn müxbiri

Mode, dizayn və yaradıcı sənayenin inkişafı haqqında yazıram. Fashion həftələri və yerli dizaynerlərin işlərini izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: