Safurə həyat yoldaşı ilə tanışlığından danışdı - VİDEO

19.01.2021 06:12 705 baxış sayı 2 dəq. oxuma
Safurə həyat yoldaşı ilə tanışlığından danışdı -

"Eurovision" mahnı yarışmasından tanınan Safurə Əliyevadan xəbər var.

Ailə qurduqdan sonra müğənnilik etməyən Safurə tez-tez sosial şəbəkələrdə fotolarını paylaşır.

"İnstagram" hesabındakı son paylaşımı ilə izləyicilərin diqqətin çəkən keçmiş müğənni özünə "Youtube" kanalı açaraq vloglarını paylaşacağını elan edib. Paylaşdığı videoda həyat yoldaşı Fərhadla tanışlığından danışıb. O, bildirib ki, 18 yaşında olarkən Fərhadla Türkiyədə tanış olub elə orada da ailə qurublar.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhadla ailəlidir. Cütlüyün üç övladı var.

Daha ətraflı videoda baxa bilərsiz:

A
Musiqi müxbiri

Musiqi sənayesi və konsert həyatı haqqında yazıram. Muğam, pop, rok - hər bir janr öz hekayəsinə malikdir.

Bütün məqalələrə baxın
Paylaş: