Texno Blog Kanal loqosu
Texno Blog
2 abunə

SpaceX Starlink-i smartfonlarda test etmək imkanını əldə edib

08.12.2023 16:20 348 baxış sayı 2 dəq. oxuma
SpaceX Starlink-i smartfonlarda test etmək imkanını əldə edib
  SpaceX şirkəti Starlink peyk interneti şəbəkəsinə smartfonları qoşmaq imkanını əldə edib. Belə ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) şirkətə müvafiq icazəni təqdim edib. Komissiya T-Mobile adlı şəbəkə operatorunun Starlink peyk interneti şəbəkəsindən istifadəsinə razılıq verib. Komissiya bu istiqamətdə testlərin keçirilməsi üçün təkmilləşdirilmiş ikinci nəsil internet peyklərinin hələ ki, məhdud şəkildə istifadəsinə icazə verib.

     Komissiya tərəfindən təqdim edilmiş icazə sayəsində SpaceX şirkəti 1990-1995 MHz и 1910-1915 МHz tezlik diapazonlarını istifadə edə bilər. Bununla yanaşı təqdim edilmiş icazə şirkətə digər mobil şəbəkə operatorları ilə əməkdaşlıq öhdəliyini verir. Belə ki, smartfonlar üçün peyk interneti radiosiqnallar mövzusunda nasazlıqlar yaratmamalıdır. Radiosiqnallar ilə bağlı nasazlıqların baş verəcəyi halda şirkət smartfonlar üçün peyk internetinin testlərini dərhal dayandırmalı və mövcud nasazlıqlar barəsində hesabatları komissiyaya göndərməlidir. Starlink-in smartfonlarda tam şəkildə nə zaman istifadəyə veriləcəyi bilinmir.
S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: