
Almaniyada Tesla Satışları 60% Düşdü! Səbəblər Nələrdir?

Elektrikli avtomobillər deyəndə ilk ağla gələn markalardan biri olan Tesla, dünyada yüksək satış rəqəmlərinə sahib olsa da, Almaniyada və hətta Avropada satışları günbəgün əriməkdədir. Yanvar ayının məlumatlarına görə, Tesla Almaniyada ötən ilə nisbətən 60% daha az avtomobil satıb.
Almaniyada açıqlanan məlumatlara görə, elektrik avtomobil nəhəngi Teslanın satışları ötən ilin yanvar ayına nisbətən 60 faiz azalıb. Bundan əlavə, keçən həftə verilən bəyanatlarda Teslanın satışlarının yanvar ayında bütün Avropada azaldığı bildirilib. Bu azalmanın arxasında iki səbəb olduğu düşünülür. Birinci səbəb yeni Model Y-nin təqdimatı, ikinci səbəb isə Tesla baş direktoru Elon Musk-ın siyasi meydana qarışması və seçkilərdə fəal rol almasıdır ki, bu da Avropada xoş qarşılanmayıb.
Yayımlanan məlumatlara görə, bu müddət ərzində Almaniyada elektrikli avtomobil satışları 53,5 faiz artıb, ümumi avtomobil bazarı isə 2,8 faiz azalıb. Beləliklə, Teslanın bu elektrikli avtomobil artımında 60 faizlik azalma yaşaması normal deyil. Avropada Teslanın 2024-cü illə müqayisədə satışlarının göstəriciləri belədir: Almaniya - 59.5%, Böyük Britaniya - 18.2%, Fransa - 63.4%, Hollandiya - 42.5%, Norveç - 40.2%, İspaniya - 75.4%, İsveç - 46%, Danimarka - 40.9%, Portuqaliya - 31%. Ümumi satışlarda 50.4% azalma müşahidə olunur.
Bu məsələ ilə bağlı fikirlərinizi bizimlə bölüşə bilərsiniz.
Oxşar xəbərlər

Tesla Model Y “Juniper” Çinin bazarında fırtına ya...
Texnologiya xəbərləri

Tesla, İstanbulda Yeni Pop-Up Mağazasını Açdı
Son Xeberler

Alman TÜV testlərinin nəticələri açıqlandı: Qalib...
Texnologiya xəbərləri

Tesla Powerwall istifadəçiləri artmaqda davam edir...
Tesla Azerbaijan Community

Elon Musk-ın "Tesla"sı Çin Bazarını Fəth Etdi!
Texnologiya xəbərləri

Almaniyada son sutkada 487 nəfər koronavirusdan öl...
Son Xeberler