🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Apple-ə qarşı investorlar səhmdarlar itkisini geri qaytarmaq üçün dava açdı

23.06.2025 02:03 5 baxış sayı 2 dəq. oxuma
Apple-ə qarşı investorlar səhmdarlar itkisini geri qaytarmaq üçün dava açdı

Texnologiya nəhəngi Apple şirkəti, süni intellekt layihələri ilə bağlı investorlarla ciddi mübahisəyə qalxıb. Səhmdarlar, Siri-yə inteqrasiya olunacağı gözlənilən süni intellekt yeniliklərinin ictimaiyyətə səhv təqdim olunması ilə bağlı Apple-ə qarşı kollektiv qaydada qanuni iddia qaldırıblar.


San-Fransiskoda federal məhkəməyə təqdim olunan şikayətdə bildirilir ki, Apple 2024-cü ildə Siri-ni tamamilə dəyişəcək süni intellekt xüsusiyyətlərinin tətbiq olunacağını vəd edib, lakin bu texnologiyalar hələ hazır deyil və buraxılışı 2026-cı ilə təxirə salınıb. İddianın əsası, 2024-cü ilin iyun ayında keçirilən Ümumdünya Proqramçılar Konfransı (WWDC)-dir. Apple bu tədbirdə “Apple Intelligence” adlandırdığı süni intellekt sistemini təqdim edərək, Sirinin daha fərdi, kontekstə uyğun və müxtəlif tətbiqlərlə işləyə biləcək köməkçi olacağını bəyan etdi. Xüsusilə iPhone 16-da bu yeniliklərin olacağı gözləntisi yaradıldı və şirkətin işləyən bir sistemi ictimaiyyətə təqdim etmək üzrə olduğu təəssüratı formalaşdırıldı.


Lakin iddia ərizəsində bildirilir ki, Apple-ın hətta işləyən prototipi belə yox idi. Buna baxmayaraq, investorlara verilən açıqlamalarda bu xüsusiyyətlərin iPhone 16 ilə birlikdə təqdim olunacağı bildirildi və bu vədlər şirkətin səhmlərinə olan marağı artırdı. Sonradan Apple, Siri-dəki yeniliklərin təxirə salındığı məlumatını təsdiqlədi və bu xüsusiyyətlərin 2026-cı ildə əlçatan olacağını açıqladı.


İddia sənədlərində Siri layihələrindən məsul menecerlərin vəzifədən azad edilməsi və süni intellekt inkişafının Vision Pro bölməsinin rəhbəri Mayk Rokvelin üzərinə düşməsi də əks olunub. Apple-ın səhmləri 26 dekabr 2024-cü ildə çatdığı rekord səviyyədən təxminən 25 faiz dəyər itirib. Bu itki şirkətin bazar dəyərindən təxminən 900 milyard dollar silmişdir. Səhmdarlar isə bu itkini ödəmək üçün Apple-ə qarşı hüquqi addım atıblar.


Paylaş: