
Apple və Metaya Avropa İttifaqından milyardlarla dollar cərimə

Avropa Komissiyası, Rəqəmsal Bazarlar Qanunu (DMA) çərçivəsində apardığı araşdırmaların nəticəsi olaraq, Apple və Meta şirkətlərinə cəmi 798 milyon dollar məbləğində cərimə tətbiq edib. Apple, App Store siyasətinə görə 570 milyon dollar, Meta isə məlumatların emalı ilə bağlı tətbiq etdiyi praktikaya görə 228 milyon dollar cərimələnib.
Araşdırma nəticəsində Apple-ın proqram tərtibatçılarına App Store-un xaricində daha sərfəli alternativlərə istifadəçiləri yönləndirməyə imkan verməməsi aşkar edilib. Komissiya belə təcrübələrin tərtibatçılar üzərində ticarət təzyiqini artırdığını və rəqabəti məhdudlaşdırdığını qərara alıb. Metaya tətbiq olunan cərimə isə şirkətin 2023-cü ilin noyabrında Facebook və Instagram platformalarında tətbiq etdiyi "ödə və ya razılaş" modelinə əsaslanır. Bu sistemdə istifadəçilər ya reklamsiz istifadə üçün ödəmək, ya da şəxsi məlumatlarının reklam hədəflənməsi üçün istifadəsinə razılıq vermək məcburiyyətində qalırdılar.
Apple qərarı təqib edəcəyini açıqlayıb. Şirkət Avropa Komissiyasının onlara qərəzli yanaşdığını və qəbul edilən qərarların həm istifadəçi maraqlarına, həm də Apple məhsullarının bütövlüyünə zərər verdiyini iddia edib. Meta da oxşar reaksiya verib. Şirkət AB-nin, xüsusilə ABŞ-lı şirkətlərə qarşı daha sərt tədbirlər tətbiq etdiyini, Çin və Avropa şirkətlərinə isə daha yumşaq yanaşdığını bildirib. ABŞ Prezidenti Donald Trump-ın bu cür cərimələrə cavab verəcəkləri barədə son açıqlaması ölkənin Avropa İttifaqı ilə münasibətlərində gələcək dövrdə yeni gərginliklərin yaranmasının gözlənildiyini göstərir.
Oxşar xəbərlər

Tramp AB-nin Apple-a münasibətini pislədi
Texnologiya xəbərləri

Avropa İttifaqı Apple-a böyük cərimə tətbiq edə bi...
Texnologiya xəbərləri

Apple Şirkəti Siri ilə bağlı qalmaqala görə 95 mil...
Texnologiya xəbərləri

“Apple” 180 milyard dollar itirdi
Son Xeberler

Ən Yaxşı Ekrana Sahib iPhone Modelləri
Texnologiya xəbərləri

Apple və Goldman Sachs Böyük Cərimə ilə Üzləşir!
Texnologiya xəbərləri