
Büdcəli Samsung Galaxy A07 təqdim olundu!

Samsung, büdcəli telefon axtaran istifadəçilərini unutmayıb və 2025-ci il üçün ən sərfəli smartfonu olan Galaxy A07-ni təqdim edib. Keçən il satışa çıxarılan və o vaxta qədər ən ucuz Samsung telefonu olan Galaxy A06-nın varisi kimi təqdim olunan cihaz, İndoneziyada təxminən 86 dollardan başlayaraq satışa çıxıb.
Galaxy A07-nin xüsusiyyətləri: 6.7 düymlük HD+ çözünürlüklü və 90Hz təzələmə tezliyinə malik LCD ekranla təchiz olunub. MediaTek Dimensity Helio G99 prosessoru, 4GB+64GB, 4GB+128GB, 6GB+128GB və 8GB+256GB yaddaş variantları ilə təklif olunur. MikroSD kart dəstəyi də mövcuddur. 5000mAh batareyası və 25W sürətli şarjı ilə fərqlənən telefon, toz və suya qarşı IP54 müdafiəsi ilə təchiz edilib.
Arxa tərəfdə 50MP əsas kamera və 2MP makro kamera, ön tərəfdə isə 8MP kamera yer alıb. Qeyd edək ki, telefon yalnız 4G (LTE) şəbəkəsini dəstəkləyir. Android 15 əsaslı One UI 7.0 ilə təqdim olunan Galaxy A07, Samsungun verdiyi sözə uyğun olaraq, altı əməliyyat sistemi yeniləməsi və altı il təhlükəsizlik yeniləməsi alacaq. 164.4 x 77.4 x 7.6 mm ölçüləri və 184 qram ağırlığı olan telefonun arxa panelləri şüşə liflə gücləndirilmiş polimerdən (GFRP) hazırlanıb, bu da daha möhkəm və yüngül qoruyucu təbəqə təmin edir. Telefon qara, yaşıl və açıq bənövşəyi rənglərdə satışa çıxarılacaq.
Oxşar xəbərlər

Samsung One UI 7-nin Büdcəli Telefonlarda Sınağını...
Texnologiya xəbərləri

2025-ci ilin ən yaxşı kamera telefonları: Samsung...
Texnologiya xəbərləri

Samsung-un Ən Yaxşı Ekranlı Modelləri
Texnologiya xəbərləri

Samsung-dan Ən Yaxşı Ekranlı Modellər
Texnologiya xəbərləri

Samsung-dan Android 15 Yeniləməsi Alacaq Telefonla...
Texnologiya xəbərləri

Samsung-dan Android 15 Yeniləməsini Alacaq Modellə...
Texnologiya xəbərləri