
Bürünən Ekranlı Dəyişən Noutbuk Artıq Satışdadır

Lenovo şirkəti uzun illərdir üzərində işlədiyi, bükülən ekranlı ThinkBook Plus Gen 6 noutbukunu 3299 dollara satışa çıxardı. 2025-ci il CES sərgisində ilk dəfə nümayiş etdirilən cihaz, ekran texnologiyası ilə diqqət çəkmişdi. Lenovo-nun ilk kommersiya məqsədli "bükülən" noutbuku olan ThinkBook Plus Gen 6, portativliyi və geniş ekran ölçüsünü tək bir korpusda birləşdirir.
Cihazın 14 düymlük OLED paneli şaquli olaraq ekranın yuxarı hissəsindən uzanaraq 16,7 düymə çatır. Bu dizayn, qatlanan ekran texnologiyasında rast gəlinən qırışma və iz problemi aradan qaldırır. Lenovo-nun yeni nəsil dizaynı ekranın fiziki çevrilməsini yüksək səviyyəli texniki xüsusiyyətlərlə birləşdirir. Panel 2000 x 2350 piksel çözünürlük, 120 Hz yeniləmə tezliyi və 400 nit parlaqlıq təklif edir. Həmçinin rəng dəqiqliyi üçün 100% DCI-P3 dəstəkləyir.
ThinkBook Plus Gen 6, Dolby Atmos dəstəyi ilə Harman Kardon dinamiklərinə malikdir. Wi-Fi 7 və Bluetooth 5.4 dəstəyi ilə ən son simsiz əlaqə standartlarını təklif edir. Cihazın giriş-çıxış portları arasında qulaqcıq-mikrofon birləşdirmə yuvası və Thunderbolt dəstəyi ilə iki Type-C portu var.
Aparat təminatı baxımından Lenovo, performansdan daha çox səmərəliliyi önə çəkərək Intel Core Ultra 7 258V prosessorunu seçib. Bu prosessor ümumilikdə 8 nüvəyə (dörd performans və dörd səmərəlilik nüvəsi) malikdir və 4,8 GHz-ə qədər tezliyə çata bilir. Qrafika üçün inteqrasiya olunmuş Intel Arc 140V həlli istifadə olunur. Cihaz 32 GB LPDDR5X RAM və 1 TB PCIe Gen 4 SSD ilə təchiz edilib və 66 Wh batareyaya malikdir. 65 Vt Type-C adapteri ilə enerji ilə təmin olunur.
Lenovo, ThinkBook Plus Gen 6-nın ənənəvi noutbuk formalarından kənara çıxan bir eksperimental model olduğunu bildirir. Məhdud sayda kütləvi istehsal olunan cihaz, brendin gələcək məhsul strategiyasını müəyyənləşdirəcək texnoloji bir önizləmədir.
Oxşar xəbərlər

Lenovo Chromebook Plus 14: Azərbaycan bazarına yen...
Texnologiya xəbərləri

Bürünən Ekranlı Dəbdəbəli Nötbük Artıq Satışda!
Texnologiya xəbərləri

Huawei Qatlanan Planşet Modelləri ilə Gəlir!
Texnologiya xəbərləri

Əlçatan Qiymətə Yeni MacBook Gəlir!
Texnologiya xəbərləri

Əlçatan Qiymətə Yeni MacBook Gəlir!
Texnologiya xəbərləri

Android 16 Beta 1: Böyük Ekranlı Cihazlar Üçün İnq...
Texnologiya xəbərləri