
Çin Prezidentinin Sensasiyalı Təxminləri

Beynəlxalq münasibətlərdə önəmli fiqurlar olan Çin Prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında baş verən söhbət dünyanı silkələyib. Pekində keçirilən bir mərasimdə gizli səsyazma vasitəsilə qeydə alınan bu söhbətdə insan ömrünün gələcəyi ilə bağlı olduqca cəsarətli proqnozlar səsləndirilib.
Söhbətə Si Cinpin “Əvvəllər insanlar 70 yaşa qədər yaşayırdılar, amma indi 70 yaşında uşaq kimisiniz” deməklə başlayıb. Putin isə “Biotexnologiyanın inkişafı ilə insan orqanları fasiləsiz əvəz edilə bilər, insanlar daha gənc ola bilər və hətta ölümsüzlüyə nail ola bilərlər” deyə əlavə edib. Ardınca Si Cinpin ən diqqət çəkən ifadəni səsləndirib: “Proqnozlar göstərir ki, bu əsrdə insanlar 150 yaşa qədər yaşamağa başlayacaqlar”.
Səsyazmanın bu hissəsi burada bitir, lakin məzmun sonradan Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib. Mətbuatın sualına cavab verən Putin biotexnologiya sahəsindəki irəliləyişlərin insan ömrünü uzadacağını, bunun isə sosial, siyasi və iqtisadi nəticələr doğuracağını bildirib. Ona görə də bu məsələlərin indi müzakirə olunması lazımdır, deyə əlavə edib.
Ən son elmi məlumatlara çıxışı olan bu üç şəxsin insan ömrünün əhəmiyyətli dərəcədə uzanacağına inanması gələn illərdə bu sahədə əhəmiyyətli elmi və texnoloji irəliləyişlərin gözlənildiyinin göstəricisi kimi qiymətləndirilir.
Oxşar xəbərlər

İsraildə 500 mindən çox insan ayağa qalxdı
Bugun.az

Prezident İlham Əliyevdən baş nazirlə bağlı
Son Xeberler

Ramin Quluzadəyə yeni vəzifə verildi
Son Xeberler

Əfqanıstan prezidentinin məsləhətçisi öldürüldü
Son Xeberler

Vahid Əzizə Prezidentin fərdi təqaüdü təyin olunub
Son Xeberler

Karantin rejimi uzadılacaq? -
Son Xeberler