
"Clair Obscur: Ekspedisiya 33 – 3 Gündə 1 Milyon Satış!"

Mart ayının ən diqqətçəkən hadisələrindən biri də Clair Obscur: Ekspedisiya 33 oyununun satışa çıxması oldu. Təxminən 30 nəfərdən ibarət kiçik bir komanda tərəfindən hazırlanan oyun gözləniləndən də çox maraq qazanıb və oyun tənqidçilərindən tam bal toplayıb.
Fransa əsaslı Sandfall Interactive şirkəti, Clair Obscur: Ekspedisiya 33 oyununun ilk üç gün ərzində 1 milyon nüsxə satıldığını açıqlayıb. Bu rəqəm, oyunun satışa çıxdığı gün Game Pass platformasında da əldə olunmasının nəzərə alınması ilə daha da əhəmiyyətli görünür.
Novator növbə əsaslı RPG olan Clair Obskur: Ekspedisiya 33, klassik oyun mexanizmlərinə real zamanlı aksiya elementləri əlavə edərək janra yeni bir yanaşma təqdim edir. Oyunçular döyüş zamanı həm hücum, həm də müdafiə anlarında sürətli reaksiya verməklə döyüşürlər.
Clair Obscur: Ekspedisiya 33-ün hekayəsi də çox danışılıb. Oyun, insanların ölüm yaşının "Rəssam" adlı sirli bir fiqur tərəfindən müəyyən edildiyi qaranlıq bir dünyada baş verir. Rəssam hər il bir yaş təyin edir və həmin yaşa çatmış hər kəs ilin sonunda ölür. Bu qaydanı dəyişmək üçün hər il yeni bir ekspedisiya təşkil olunur, lakin bu cəhdlər həmişə uğursuzluqla nəticələnir. Ekspedisiya 33, bu dövrə son qoymaq üçün yola çıxan bir qrup qəhrəmanın hekayəsini danışır.
Bəs siz bu istehsala necə yanaşırsınız? Oyunu almağı düşünürsünüzmü?
Oxşar xəbərlər

Samsung-un Yeni Telefonlarının Satış Rəqəmləri Açı...
Texnologiya xəbərləri

ŞOK! Bakıda 1 milyon manata aptek satılır
Xəbər Anı

BYD: Avtomobil Dünyasında Yeni Lider
Texnologiya xəbərləri

Nintendo Switch: PlayStation 2-ni geridə qoydu!
Texnologiya xəbərləri

Unun son qiymətləri
Xəbər Anı

Valyuta Hərraclarında Satışlar İkiqat Artdı
Son Xeberler