
Dünyanın Ən Bahalı Qrafik Kartı Təqdim Edildi

ASUS şirkəti texnologiya dünyasında inqilabi bir yenilik təqdim edib: RTX 5090 ROG Astral Real Gold Edition adlı qrafik kart prototipi. Bu kartın ən diqqətçəkən xüsusiyyəti 5 kiloqram təmiz qızıldan ibarət örtüyüdür. 7.2 kiloqram ağırlığında olan kart, buraxılmış ən ağır qrafik kartlarından biridir.
Qızılın qiymətinin təxminən 500.000 dollar olduğu bildirilir. Əvvəlki lüks nəşrlərlə müqayisədə inanılmaz səviyyəyə çatan bu model, ASUS-un əvvəllər RTX 5090 Astral seriyasının bir hissəsi olaraq təqdim etdiyi məhdud sayda istehsal edilmiş Dhahab versiyasından nəzərəçarpacaq dərəcədə fərqlənir. Əvvəlki model yalnız 6.5 qram qızıl ehtiva edirdi, Real Gold Edition isə təxminən 800 dəfə daha çox qızıla malikdir.
RTX 5090 ROG Astral Real Gold Edition heç bir istehsal seriyasına daxil deyil və satışa çıxarılmayacaq. ASUS kartın məqsədini rəsmi olaraq açıqlamayıb. Hazırda ehtimal olunan məqsəd, kartın hər hansısa bir hərrac və ya xüsusi tədbirdə nümayiş etdirilməsidir, xeyriyyə hərracında satışa çıxarılması da nəzərdən keçirilir. Sosial mediada yayılan ilk şəkilləri böyük marağa səbəb olub. Aydındır ki, ASUS mühəndislik və ya dizayn sərhədlərini genişləndirmək istəmirdi, əksinə, diqqət çəkən və simvolik bir əsər yaratmağı hədəfləyib.
Performans göstəriciləri ilə bağlı heç bir məlumat verilmir, kartın əsl dəyərinin estetikası və istifadə olunan materialda olduğu görünür. Real Gold Edition daha çox kolleksiyaçılar üçün nəzərdə tutulub. Kütləvi istehsala girib-girməyəcəyi və ya hərracdakı maraq səviyyəsi hələ məlum deyil. Ancaq ASUS-un bu addımı həm sənayenin sərhədləri, həm də lüks texnologiya anlayışı ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Oxşar xəbərlər

GeForce RTX 5050 Mobil Qrafik Kartı Azərbaycanda
Texnologiya xəbərləri

Ryzen 9000 Seriyasından Inteqrasiya Olmayan Proses...
Texnologiya xəbərləri

"İndiana Cons: Böyük Dairənin Kompüter Sistem Tələ...
Texnologiya xəbərləri

Steam Oyun İzləmə Sistemini Təqdim Etdi
Texnologiya xəbərləri

Steam-in Ən Populyar Qrafik Kartları Açıqlandı!
Texnologiya xəbərləri

GeForce RTX 5080-nin satışa çıxacağı tarix açıqlan...
Texnologiya xəbərləri