🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Fevral 2025-ci il üçün PlayStation Plus oyunları açıqlandı!

30.01.2025 10:03 13 baxış sayı 2 dəq. oxuma
Fevral 2025-ci il üçün PlayStation Plus oyunları açıqlandı!

Son illərdə oyun sənayesində qiymətlərin artması abunə xidmətlərinə marağı daha da artırıb. Bu vəziyyət aylıq haqqı ödəməklə pulsuz oyunlar təklif edən PS Plus və Xbox Game Pass kimi platformaların populyarlaşmasına səbəb olub. Sony bu yaxınlarda fevral ayında PS Plus-a əlavə olunacaq yeni oyunların siyahısını açıqlayıb. Fevral ayında PS Plus abunəçilərinin əlinə keçəcək oyunlar arasında "Payday 3" xüsusilə diqqət çəkir.


Fevralın 4-dən etibarən oynanmağa başlayacaq və martın 3-dək pulsuz əldə edilə bilən oyunlar bunlardır: "Payday 3" (PS5), "High on Life" (PS4, PS5), "Pac-Man World Re-Pac" (PS4, PS5). "Ən böyük soyğunçuluğu planlaşdırın, danışan silahlarla komanda yaradın və adalar macərasında atlayın-tullanın!" – deyə PS Plus fevral ayının oyunlarını təqdim edirlər.


Bundan əlavə, fevral ayında platformanı tərk edəcək oyunlar da var: "The Outer Worlds: Spacer’s Choice Edition", "Outriders", "Scarlet Nexus", "Bulletstorm: Full Clip Edition", "Tales of Arise", "Tales of Zestiria", "Tales of Symphonia Remastered", "Tales of Vesperia: Definitive Edition".


Əlavə olunan və çıxarılan oyunlar barədə nə düşünürsünüz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın!


Paylaş: