
Google Play Store-da milyonlarla ölçülən tətbiq silindi!

Son məlumatlara görə, Google Play Store-dakı tətbiqlərin sayı 3,4 milyondan 1,8 milyona düşüb. Bu, təxminən 47% azalma deməkdir. Eyni müddət ərzində Apple App Store-dakı tətbiqlərin sayı isə 1,6 milyondan 1,64 milyona yüksəlib.
Google, 2024-cü ilin iyulunda Play Store siyasətində əsaslı dəyişikliklər edərək, keyfiyyətsiz və işləməyən tətbiqləri mağazadan silməyə başladı. Artıq istifadəçiyə heç bir fayda verməyən və ya yalnız reklam məqsədi daşıyan məzmun yer almır. Bu qərardan sonra mağazada genişmiqyaslı təmizlənmə işləri aparılıb. Yalnız mövcud tətbiqlər deyil, həm də developer hesabları diqqətlə araşdırılıb. Şübhəli fəaliyyətə görə 158 mindən çox developer hesabı bloklanıb. Bundan əlavə, 2 milyondan çox tətbiq təhlükəsizlik səbəblərinə görə mağazaya yüklənməzdən əvvəl rədd edilib.
Yoxlama proseslərində insan nəzarəti artırılıb, yeni developerlər üçün daha sərt test prosesləri tətbiq edilib. Google həmçinin təhdidlərin aşkarlanması üçün süni intellektə əsaslanan analizi də istifadə edir. Avropa İttifaqının 2025-ci ilin əvvəlində qüvvəyə minən yeni qaydaları da bu prosesə təsir edən amillərdən biri olub. Artıq developerlər tətbiq mağazasında adlarını və ünvanlarını açıq şəkildə göstərməlidirlər. Bu qayda bəzi developerlərin tətbiqlərini geri çəkməsinə səbəb olub.
Aparılan dəyişikliklərlə Google Play Store daha təhlükəsiz, funksional və keyfiyyətli bir mühit yaratmağa doğru addımlayır.
Etiketlər
Oxşar xəbərlər

Google Play-də Təsdiqlənmiş VPN Proqramları
Texnologiya xəbərləri

Google Play Store-da Yeni Süzgəc Seçimi!
Texnologiya xəbərləri

Google Play Store-a Yeni Xüsusiyyət Əlavə Olunub
Son Xeberler

Google Play-də 15 zərərli tətbiq aşkar edilib!
Texnologiya xəbərləri

Xbox Oyun Satış Metodunun Elan Edildi!
Texnologiya xəbərləri

Samsung Good Lock Artıq Dünyada!
Texnologiya xəbərləri