
GTA 6-nın qiyməti rekord həddə çatdı!

Bütün oyun dünyası səbirsizliklə gözlədiyi GTA 6, yalnız gəlir rekordlarını qırmaqla kifayətlənməyəcək, həm də qiyməti ilə tarix yazacaq.
Sənayenin tanınmış analitiki Maykl Paçer, oyunun standart versiyasının qiymətinin 100 dollara çata biləcəyini proqnozlaşdırır. Əgər bu gerçəkləşərsə, bu, GTA 6 üçün yeni bir eranın başlanğıcı ola bilər.
Wedbush Securities analitiki və keçmiş proqnozları ilə tanınan Maykl Paçer, The Telegraph-a verdiyi açıqlamada, Rockstar Games-in yüksək qiymət siyasətinə baxmayaraq, oyunun inanılmaz kommersial uğur qazanacağını bildirib.
Paçerin qiymətləndirmələrinə görə, GTA 6-nın gəliri heyrətamiz 10 milyard dollar təşkil edə bilər. Oyunun onlayn rejiminin (GTA Online) illik gəlirinin isə 500 milyon dollar olacağı gözlənilir.
Bu nəhəng gəlirin arxasında isə başqa bir rekord səviyyəsində büdcə durur. Paçer, marketinq xərcləri daxil olmaqla, oyunun hazırlanması üçün ayrılan büdcənin 1,5 milyard dollara çatdığını qiymətləndirir. Bu rəqəm digər analitiklərin proqnozları ilə üst-üstə düşür.
Müxtəlif analitiklərin gəlir proqnozları fərqlənsə də, hamısı bir nöqtədə üst-üstə düşür: GTA 6 tarixin ən böyük oyun lansmanlarından biri, bəlkə də ən böyüyü olacaq. Coş Çapman oyunun satışa çıxarıldığı ilk iki ayda 7,6 milyard dollar gəlir əldə edəcəyini və nəşriyyatçı Take-Two-nun cəmi bir ay ərzində 2 milyard dollarlıq investisiyasını geri ala biləcəyini iddia edir.
Maliyyə gözləntilərinin kənarında isə oyun, satılan nüsxələrin sayı, eyni vaxtda oynayan oyunçuların sayı və müxtəlif platformalarda izlənmə sayı kimi göstəricilərdə yeni rekordlar qırmaq gözlənilir.
Grand Theft Auto 6-nın satışa çıxarılma tarixi 26 may 2026-cı il üçün təyin edilib. Oyun əvvəlcə PlayStation 5 və Xbox Series X|S konsolları üçün satışa çıxarılacaq. PC versiyası hələ rəsmi olaraq təsdiqlənməsə də, Rockstar Games-in əvvəlki oyun lansmanı strategiyasını nəzərə alaraq, PC oyunçularının 2027-ci ildə oyunu əldə edəcəkləri gözlənilir.
Oxşar xəbərlər

Elon Musk-ın X (Twitter) izləyici sayı rekord hədd...
Tesla Azerbaijan Community

Elon Maskın sərvəti rekord həddə çatdı
Son Xeberler

Vərəmə yoluxma halları rekord həddə çatdı
Tibbi məlumatlar

Xiaomi şirkətinin bazar dəyəri rekord həddə çatdı!
Texnologiya xəbərləri

Nintendo tarixdə ən yüksək bazar dəyərinə çatdı!
Texnologiya xəbərləri

Qızılın qiyməti tarixi maksimuma çatdı
Bugun.az