
Heyvanların Səsini "Tərcümə Edən" Süni Zəka

Çinli texnologiya şirkəti Baidu, heyvanların səslərini, fiziki reaksiyalarını təhlil edib onların duyğularını insan dilinə "tərcümə edən" süni intellekt sistemi yaradıb. Şirkət bu innovativ sistem üçün 2024-cü ilin dekabrında Çin Milli Əqli Mülkiyyət İdarəsinə patent müraciəti verib.
Sistem heyvanların səslərini, davranışlarını və müxtəlif fizioloji göstəricilərini birlikdə təhlil edir. Bu məlumatlar süni intellekt əsaslı maşın öyrənməsi, dərin öyrənmə və təbii dil emalı texnikaları ilə işlənir. Beləliklə, heyvanların emosional vəziyyəti haqqında əldə edilən məlumatlar insanın başa düşə biləcəyi mətnlərə çevrilir. Texnologiya, xüsusilə Çin mediasında böyük əks-səda doğurub. Ev heyvanı sahibləri bu yeniliyə böyük maraq göstərsələr də, bəzi şərhlər sistemin etibarlılığı və gündəlik istifadə üçün yararlılığı barədə suallar doğurub.
Texnologiyanın nə zaman kommersiyalaşdırılacağı hələ dəqiq deyil. Çində patent prosesləri ərizənin məzmunundan asılı olaraq bir ilə üç il arasında başa çatır. Bu müddət ərzində sistemin müxtəlif heyvan növləri üzərində dəqiqliyi araşdırılacaq və istifadəçi rəylərinə uyğun olaraq təkmilləşdiriləcək. Sistem əsasən pişik və it kimi ev heyvanlarına yönəlib. Lakin gələcəkdə heyvandarlıqda və ya vəhşi təbiətdə istifadə oluna bilən versiyaların hazırlanması gözlənilir.
Etiketlər
Oxşar xəbərlər

Apple Süni Zəka Prioritetlərini Açıqladı!
Texnologiya xəbərləri

Forza Motorsport'un Süni Zəka Sistemi Yenilənir!
Texnologiya xəbərləri

Süni Zəka 200.000 Nəfəri İşsiz Bıraxa Bilər!
Texnologiya xəbərləri

Vikipediyada Süni Zəka İnqilabı
Texnologiya xəbərləri

AMD İlk Özəl İnkişaf Etdirilmiş Süni Zəka Modelini...
Son Xeberler

Google Docs-a Süni Zəka ilə Güclü Dəstək
Texnologiya xəbərləri