
Honor 400 Smart 5G Avropada Təqdim Edildi

Honor, smartfonlar ailəsinə yeni üzv, Honor 400 Smart 5G modelini təqdim etdi. 400 seriyasının ən sərfəli cihazı kimi mövqelənən telefon əvvəlcə İspaniyada satışa çıxacaq və qısa müddət ərzində digər Avropa ölkələrinə yayılacaq.
Honor 400 Smart 5G, 720x1610 piksel çözünürlükdə, 120 Hz yeniləmə tezliyinə və 700 nit parlaqlığa malik 6.77 düymlük LCD displeylə təchiz olunub. Cihaz Snapdragon 6s Gen 3 prosessoru, 4 GB RAM və 128 GB daxili yaddaşla işləyir. microSD kart dəstəyi yoxdur.
Arxa tərəfdə 50 MP f/1.8 əsas kamera və 2 MP dərinlik sensoru, ön tərəfdə isə 5 MP özəl kamera yer alır. 6500 mAh batareyası ilə təchiz olunan telefon 35 Vt sürətli şarjı dəstəkləyir. Android 15 əməliyyat sistemi və Magic UI 9.0 interfeysi ilə işləyən Honor 400 Smart, beş il ərzində təhlükəsizlik yeniləmələri alacaq. Ölçüləri 166.89 x 76.8 x 8.39 mm, çəkisi isə 189 qramdır. Satış qiyməti hələ açıqlanmayıb.
Etiketlər
Oxşar xəbərlər

Honor X9c Smart: 108 MP Kamera və 5800 mAh Batarey...
Texnologiya xəbərləri

Honor-un Ən Ucuz Telefonunun Dizaynı Açıqlandı
Texnologiya xəbərləri

Honor Pad 10 Planşeti Təqdim Olundu!
Texnologiya xəbərləri

Honor 400 və 400 Pro rəsmi olaraq təqdim edildi: X...
Texnologiya xəbərləri

Honor Watch 5: 15 Gün Batareya Ömrü ilə Dünyada!
Texnologiya xəbərləri

Honor 400 Seriyası Artıq Yolda!
Texnologiya xəbərləri