
iPhone 17 Seriyası: Tarix Yazmaq Üçün Hazırlıqlar!

2025-ci ildə təqdim olunması gözlənilən iPhone 17 seriyası üçün Apple tam sürətlə hazırlıqlarını davam etdirir. Məlumata görə, satışlarda gözlənilən nəticəni verməyən Plus modelinin istehsalı dayandırılıb və yerinə daha incə dizaynı ilə diqqət çəkəcək Slim modeli təqdim ediləcək. Hətta bu yeni telefonun brend tarixinə düşəcəyi deyilir.
iPhone 17 Slim: Ən İncə iPhone? Adından da göründüyü kimi, iPhone 17 Slim, incə dizaynı ilə seçiləcək. Lakin son sızmalara görə, bununla da bitmir. Əgər şayiələr doğrudursa, smartfonun qalınlığı cəmi 6 mm olacaq ki, bu da onu tarixdəki ən incə iPhone modeli edəcək. Hazırda şirkətin ən incə telefonu 6.9 mm qalınlığında olan iPhone 6-dır. Amma 17 Slim modelinin çıxışı ilə bu rekord da tarixə qovuşa bilər.
Əlbəttə, bunların sadəcə sızmalar olduğunu və rəsmi açıqlamanı gözləməyin daha etibarlı olduğunu qeyd etmək lazımdır. iPhone 17 Slim haqqında detallar məhduddur. Lakin etibarlı mənbələrdən olan sızmalar və məlumatlar cihazın 6.6 düymlük ekranla təchiz olunacağını və Apple A19 prosessoru ilə işləyəcəyini göstərir. iPhone 17 Pro və Pro Max modellərində Apple A19 Pro çipinin istifadə olunacağı nəzərə alınaraq, Slim modelinin çox baha başa gəlməyəcəyi gözlənilir.
Sizin fikriniz nədir? iPhone 17 Slim gözləntiləri doğruldacaqmı? Fikirlərinizi bizimlə bölüşün!
Etiketlər
Oxşar xəbərlər

iPhone 17 Air: Necə incə olacaq?
Texnologiya xəbərləri

Özəllikləri ilə seçilən ən yaxşı selfi çəkən iPhon...
Texnologiya xəbərləri

Ən Yaxşı Ekrana Sahib iPhone Modelləri
Texnologiya xəbərləri

Ən Yaxşı Fotoqrafik Keyfiyyətə Malik iPhone Modell...
Texnologiya xəbərləri

Apple Avropada iPhone 14 və iPhone SE-dən əl çəkdi
Texnologiya xəbərləri

Dünyanın Ən Çox Satılan Smartfonu: İPhone 15
Texnologiya xəbərləri