
Meizu 22: Azərbaycan bazarına möhtəşəm dönüş!

Çin şirkəti Meizu, yeni bayraqdar smartfonu Meizu 22 ilə möhtəşəm bir dönüş edir! İlk rəsmi şəkillər artıq yayılıb və telefonun dizaynı hər kəsi heyran edəcək.
Düz ekran, zərif metal çərçivə və diqqət çəkən dördlü arxa kamera sistemi - Meizu 22, dizayn və performans sərhədlərini aşıb.
Meizu, ekran dizaynında özünə inanır. Şirkətin patentli LIPO texnologiyası sayəsində, Meizu 22 bütün tərəflərdə cəmi 1.2 mm-lik simmetrik çərçivələrə malikdir. Bu da onu "dünyanın ən dar çərçivəli smartfonu" edir. 71 mm eni isə rahat bir əl ilə istifadəni təmin edir.
Güc mənbəyi olaraq ən son Qualcomm Snapdragon 8 Gen 4 prosessoru istifadə olunub. 4nm texnologiyası ilə hazırlanan bu çipset, Adreno 825 qrafik prosessoru ilə birlikdə yüksək performans və oyun təcrübəsi təklif edir. 12 GB LPDDR5X RAM və 256GB/512GB UFS 4.0 yaddaş variantları da sürətli işləməni təmin edir.
Kamera sisteminə gəldikdə isə, Meizu həqiqətən də cəsarətli bir addım atıb. Hər tərəfdə 50MP sensorlar: əsas kamera (OmniVision OV50H, f/1.68, OIS), ultra geniş bucaqlı (OV50D, 122 dərəcə, 2.5 sm makro), periskop telefoto (LYT-600, OIS, 3x optik zum) və ön kamera (OV50D, 90 dərəcə ultra geniş bucaq).
Digər əsas xüsusiyyətlər: 6.3 düym 1.5K 2.5D OLED düz ekran, 5500mAh batareya (80W sürətli və simsiz şarj), Android 15 əsaslı Flyme OS 11, ekran daxili 3D Sonic ultrasevuk səs barmaq izi skineri, stereo dinamiklər, USB Type-C audio çıxışı, Wi-Fi 6E, Bluetooth 5.4, 5G və NFC.
Meizu bu il fərqli versiyalar əvəzinə yalnız bir, lakin güclü Meizu 22 modeli təqdim edir. Telefonun bütün xüsusiyyətləri və qiyməti gələn həftə rəsmi təqdimatda açıqlanacaq.
Oxşar xəbərlər

Xiaomi Mix Flip 2: Yaxşı xəbər!
Texnologiya xəbərləri

No Man's Sky 8 İldən Sonra Yenidən Zirvədə!
Texnologiya xəbərləri

EA Sports Basketbola Geri Dönür
Texnologiya xəbərləri

Azərbaycan Kuboku 1/8 Finalda Kimlər Qarşılaşacaq?
Bugun.az

Kerem Aktürkoğlu İzlandaya Qol Vurdu, Portuqaliyan...
Son Xeberler

İlqar Həsənov yüksək vəzifəyə təyin olundu
Bugun.az