
Meta şirkəti yeni Aria Gen 2 eynəklərini təqdim edir!

Meta şirkəti artırılmış reallıq sahəsində çalışan tədqiqatçılar üçün nəzərdə tutulmuş Aria eynəklərinin ikinci nəslini - Aria Gen 2-ni təqdim etdi. Əvvəlki versiya ilə müqayisədə yeni model əhəmiyyətli aparat və funksionallıq yenilikləri təklif edir.
Süni intellekt, robototexnika və maşın qavrayışı kimi qabaqcıl tədqiqat sahələri üçün hazırlanmış eynək daha yüngül dizaynı ilə seçilir və müxtəlif üz formalarına uyğunlaşmaq üçün səkkiz ölçüdə təqdim olunur.
Aria Gen 2 dörd kompüter görmə kamerası ilə təchiz edilib. Bu kameralar zəif işıqlandırma və ya həddindən artıq parlaq mühitlərdə belə keyfiyyətli görüntü təmin edir. Həmçinin, dərinlik qavrayışı da təkmilləşdirilib. İki kamera arasındakı stereo məsafə təxminən iki dəfə artırılıb ki, bu da cihazın obyektləri daha dəqiq müəyyən etməsinə imkan verir.
Aria Gen 2-nin ən diqqətəlayiq yeniliklərindən biri də içəriyə yönəlmiş sensorlardır. Ətraf mühitin işıq səviyyəsini aşkar edən xüsusi sensorla yanaşı, yüksək səs-küy şəraitində daha aydın səs yazısı təmin edən kontakt mikrofon və ürək ritmini ölçən PPG sensoru da mövcuddur.
Vaxt sinxronizasiyası indi aparat səviyyəsində həyata keçirilir. Əvvəlki nəsildə proqram təminatı vasitəsilə həyata keçirilən bu proses, yeni modelə daha dəqiq bir sistem - radio siqnallarının uyğunlaşdırılması ilə əvəz edilib. Aria Gen 2 bu ay keçiriləcək CVPR konfransında ilk dəfə nümayiş olunacaq.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Alibaba Çıxarıla Bilən Batareyalı "Quark" Ağıllı E...
Texnologiya xəbərləri

Meta Şirkəti Yeni "Ağıllı" Eynəklərini Təqdim Edəc...
Texnologiya xəbərləri

Black Friday: Ray-Ban Meta Ağıllı Eynəkləri Tarixi...
Texnologiya xəbərləri

Meta, Ağıllı Eynəklərini Dəyişdirənlərə Ray-Ban və...
Texnologiya xəbərləri

Meta şirkəti idmançılar üçün ağıllı eynək təqdim e...
Texnologiya xəbərləri

Amazon Artıq Gerçəklik Eynəkləri İstehsalına Qoyul...
Texnologiya xəbərləri


