
Minecraft Filmi 1 Milyard Dollar Qazana Bilər!

Video oyunlarından ekranlaşdırılan filmlərin uğur hekayəsi davam edir. Bu ilin ən diqqət çəkən istehsallarından biri olan Minecraft filmi, kino kassalarında böyük uğur qazanıb. Warner Bros. studiyasının istehsalı olan film, gözləntiləri xeyli üstələyib.
ABŞ-da 157 milyon dollarla debüt edən film, ölkə tarixində ən yaxşı açılış edən video oyun ekranlaşdırması olub. Film beynəlxalq bazarda da böyük maraqla qarşılanıb. Bu günə qədər dünya üzrə 717 milyon dollar gəlir əldə edib.
Warner Bros. mənbələrinə görə, əgər film mövcud tempini saxlayarsa, yaxın zamanlarda kassa gəliri 1 milyard dolları aşa bilər. Bu uğur filmi tarixin ən gəlirli oyun ekranlaşdırmalarından biri edəcək.
Film, kompüter qrafikası ilə real görüntüləri birləşdirir. Rollarda Cek Blak, Ceyzon Momoa, Keyt MakKinnon kimi tanınmış aktyorlar, eləcə də Sebastian Hansen və Emma Mayers kimi gənc istedadlar yer alıb. Rejissor kreslosunda isə Napoleon Dinamit filmi ilə tanınan Cered Hess oturur.
Film, sirli bir portal vasitəsilə Minecraft dünyasına düşən dörd qeyri-adi qəhrəmanın macəralarını, "Overworld"dəki mübarizələrini izləyir. Film boyu qəhrəmanlar öz aralarındakı münaqişələri həll etməyə və kubik dünyanın qaydalarına uyğunlaşmağa çalışırlar.
Minecraft aləminin unikal estetikasını və yumorunu qoruyub saxlayan film, xüsusilə gənc tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər

SpaceX-in qiyməti 350 milyard dollara çata bilər
Texnologiya xəbərləri

Vahid Ələkbərov bu il 6 milyard dollar itirib
Son Xeberler

ABŞ İsrailə 17.9 Milyard Dollar Hərbi Yardım Etdi
Bugun.az

Minecraft, Windows 98-də işləyir!
Texnologiya xəbərləri

“Apple” 180 milyard dollar itirdi
Son Xeberler

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi...
Son Xeberler