
Nintendo Switch 2: Gözlər Yanvarda!

2017-ci ildə portativ oyun konsolları bazarına yeni həyat verən Nintendo Switch’in varisi haqqında danışıqlar artıq bir müddətdir davam edir. Sənayedəki mənbələr Nintendo Switch 2 üçün geriyə sayımın rəsmi olaraq başladığını və konsolun tezliklə satışa çıxacağını bildirirlər.
Əvvəlki xəbərlərə görə, Nintendo Switch 2-nin mart 2025-ci ildə təqdim olunacağı gözlənilirdi. Lakin, Nintendo Prime tərəfindən yayılan yeni məlumatlara görə, bu tarix irəli çəkilə bilər. Şayiələr doğru olarsa, Nintendo Switch 2 yanvar 2025-ci ildə debüt edəcək, qlobal satışlar isə mart 2025-ci ildə başlayacaq.
Bildirilir ki, Nintendo sentyabr ayından etibarən tam miqyaslı istehsala başlayıb və artıq müxtəlif ölkələrə 650.000-dən çox cihaz göndərib. Qeyd edək ki, bütün bu məlumatlar hələlik ehtimal xarakteri daşıyır. Şirkətin rəsmi açıqlamasını gözləmək daha aydın mənzərə yaradacaq.
Xüsusiyyətlər:
Ekran: 8 düym – LCD
Prosessor: Nvidia Tegra 239
Qrafika: Şüa İzləmə dəstəyi, 1080p oyun
RAM: 8 GB LPDDR5
Yaddaş: 64 GB eMMC
DLSS və FSR: DLSS 2 və FSR 3
Batareya: Tutumu məlum deyil, əvvəlkindən daha yaxşı olacağı gözlənilir
Qiymət: 400$ (Təxmini)
Sizcə necə? Switch 2-dən nə gözləyirsiniz?
Oxşar xəbərlər

Nintendo Switch: PlayStation 2-ni geridə qoydu!
Texnologiya xəbərləri

Xbox Oyunları Switch 2-yə Gəlir!
Texnologiya xəbərləri

Nintendo Switch 2: Sürpriz Bozuldu!
Texnologiya xəbərləri

Xbox Game Pass Nintendo Switch 2-də Ola Bilər?
Texnologiya xəbərləri

Nintendo Switch 2-nin Dizaynı Açıqlandı!
Texnologiya xəbərləri

Nintendo Switch Eksklüzivu PlayStation 5-ə Gəlir!
Texnologiya xəbərləri